RU

Hindistan nümayəndəsi WUF13-ün Bakıda uğurla təşkil olunduğunu söyləyib

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakıda yüksək səviyyədə təşkil edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Hindistanın nümayəndəsi Şefali Batra Sarin deyib.

O bildirib ki, çoxlu sayda nümayəndələrin WUF13-də iştirakı tədbirin əhəmiyyətini və Azərbaycanın qlobal şəhərsalma gündəliyində oynadığı aktiv rolu nümayiş etdirir.

"Bu mötəbər tədbir müxtəlif ölkələrin şəhərsalma, davamlı və dayanıqlı şəhərlərin formalaşması kimi aktual mövzular ətrafında müzakirələr aparması baxımından çox faydalı platformadır", - deyə Hindistan nümayəndəsi deyib.

Müxbirlər - Gülay Nəzərova, Fidan Əlizadə
Operator - Vüsal Tağıyev
Избранный
13
1
azertag.az

2Источники