RU

Bunu Sançodan başqa bacaran olmayıb

style='margin-bottom:10px;'>

"Aston Villa”nın hücumçusu Ceydon Sanço UEFA Avropa Liqasının finalında “Frayburq”a (Almaniya) qarşı keçirilən oyunda rekorda imza atıb.

QOL.az xəbər verir ki, 26 yaşlı ingiltərəli hücumçu tarixdə ardıcıl 3 mövsüm 3 müxtəlif klubla fərqli avrokubok turnirlərinin finalında oynayan ilk futbolçu olub.

O, 2024/2025 mövsümündə UEFA Konfrans Liqasını “Çelsi”nin heyətində qazanıb. 2023/2024 mövsümündə isə Sanço Dortmund “Borussiya”sı ilə UEFA Çempionlar Liqasının finalında i oyunda Madrid “Real”ına 0:2 hesabı ilə uduzub.

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan C.Sanço hər 3 finalda icarə əsasında çıxış edib. 

Qeyd edək ki, Sançonun Mançester təmsilçisindən azad agent kimi ayrılacağı bildirilir.

 

Избранный
2
3
teleqraf.com

5Источники