RU

WUF13 də Hindistanın Mumbai şəhərinin memarlıq təcrübəsi təqdim edilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “One UN” zalında keçirilən “Aşağıkarbonlu mənzil - milli siyasətdən yerli fəaliyyətə” mövzusunda panel müzakirəsində çıxış edən Hindistanın Mumbai şəhərinin investisiya planlaşdırılması üzrə baş məsləhətçisi Şankar Deşpande qeyd edib ki, ekoloji tikintiyə keçid artıq təkcə iqlim zərurəti deyil, həm də şəhərlərin iqtisadi prioritetidir.

AZƏRTAC xəbər verir ki, panel müzakirəsi iştirakçısının fikrincə, hökumətlər enerjiyə qənaət edən texnologiyaların tətbiqi üçün stimul yaratmalıdır, lakin əsl dəyişiklik bələdiyyə səviyyəsində başlayır və Hindistan meqapolislərinin təcrübəsi bu baxımdan maraqlıdır.

Məruzəçi tikinti normalarının modernləşdirilməsinin, yerli materiallardan istifadənin və yaşıl infrastrukturun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Çıxışda ətraf mühit standartlarını və sosial inklüzivliyi birləşdirməli olan əlverişli mənzil məsələsinə xüsusi diqqət yetirilib. Hindistan nümayəndəsi, həmçinin uğurlu təcrübələri bölüşmək və davamlı şəhər inkişafına investisiya cəlb etmək üçün beynəlxalq əməkdaşlığı genişləndirməyə çağırıb.

Müəllif - Vüqar Seyidov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
azertag.az

1Источники