RU

Xankəndiyə güclü yağış, Xocalıya dolu yağıb - FOTO - VİDEO

Mayın 21-də Xankəndi şəhərinə leysan xarakterli yağış, Xocalı rayonunun Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bu gün günorta saatlarında bölgədə başlayan yağıntı qısa müddətdə intensiv xarakter alıb. Yağıntı və dolu nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb.

Elektrik enerjisi, qaz və su təchizatı normal rejimdə fəaliyyətini davam etdirir. Həmçinin yaşayış məntəqələrində infrastruktura və fərdi təsərrüfatlara ziyan dəyməyib.







Bizim.Media

Избранный
1
20
bizim.media

10Источники