ain.az, Milli.az portalına istinadən məlumat yayır.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Qəmərxanım Məmmədovanın rəhbərliyi ilə fəaliyyət göstərən "La Campanella" Kamera Orkestrinin konsert proqramı keçirilib. Musiqi sevərlərin böyük marağına səbəb olan gecədə orkestr müxtəlif dövrlərə aid klassik əsərlərlə çıxış edib.
Pərviz Məmmədovun konsertmeysterliyi ilə keçən konsertdə orkestrin ifaçılıq səviyyəsi və zəngin repertuarı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Proqramda təqdim olunan əsərlər gənc musiqiçilərin peşəkar inkişafı və klassik musiqinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az









Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.