RU

Vitali Yakovlev: WUF13 ün diqqət mərkəzində əsas çağırışlar dayanır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 may, AZƏRTAC

WUF13 dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Bunu KPMG-nin Azərbaycandakı başçısı və Qafqaz və Mərkəzi Asiya üzrə infrastruktur rəhbəri Vitali Yakovlev AZƏRTAC-a verdiyi müsahibədə bildirib. KPMG audit, vergi, hüquq və konsaltinq xidmətləri göstərən dünyanın ən böyük peşəkar firma şəbəkələrindən biridir.

Onun sözlərinə görə, forum ən aktual şəhərsalma məsələlərini müzakirə etmək üçün hökumətləri, tənzimləyiciləri, inkişaf institutlarını və özəl kapitalı bir araya gətirir. Davamlı inkişaf, iqlim dəyişikliyi və əlverişli mənzil kimi əsas çağırışlar müzakirələrin mərkəzindədir.

Agentliyin həmsöhbəti vurğulayıb ki, strateji ambisiyaların real layihələrə və praktik həllərə çevrilməsinə imkan verən amil dövlət siyasətinin, təcrübənin və özəl sektor resurslarının birləşməsidir.

Müxbir - Tamilla Məmmədova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
1
azertag.az

2Источники