RU

Ombudsman Aparatı və AFFA “Sabah” klubunda uşaq hüquqları ilə bağlı maarifləndirici təlim təşkil edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə əməkdaşlıqda “Sabah” Futbol Klubunun aşağı yaş qruplarından olan futbolçuları və məşqçiləri üçün “Uşaq hüquqlarının müdafiəsi: bərabərliyin və təhlükəsiz idman mühitinin təşviqi” mövzusunda təlim keçirilib.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək, idman sahəsində uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, məşqçi və uşaqlar arasında sağlam ünsiyyətin qurulması, etik davranış prinsipləri, uşaqlar arasında zorakılıq hallarının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə və təhlükəsiz idman mühitinin yaradılması istiqamətində geniş məlumat verib.

Bununla yanaşı, təlim zamanı iştirakçılara idman mühitində uşaqların hüquqlarının pozulmasına səbəb ola biləcək real situasiyalar əsasında praktiki nümunələr təqdim edilib, belə hallarda düzgün yanaşma və davranış qaydaları izah olunub, uşaqların hüquqlarının qorunmasına xidmət edən hüquqi müdafiə mexanizmləri, o cümlədən ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Təlimin sonunda məşqçi və uşaqların mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
2
azertag.az

3Источники