RU

Pakistan ABŞ ilə yeganə əlaqə kanalıdır - İran

Hazırda İranın ABŞ ilə yeganə əlaqə kanalı Pakistan olaraq qalır.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “Kommersant” qəzetinə müsahibəsində bildirib.

İran diplomatik missiyasının rəhbərinin sözlərinə görə, vəziyyətin həlli üçün danışıqların imitasiyasına deyil, real danışıqlara başlamaq lazımdır.

“Biz amerikalılarla təkliflərin bir neçə variantını mübadilə etdik və irəliləyə bilməməyimizin yeganə səbəbi Donald Trampın şəxsi mövqeyidir”, — deyə Kazem Cəlali bildirib.

“Sonuncu dəfə amerikalılara öz təkliflərimizi təqdim etdikdə, onlar bunları nəzərdən keçirmək üçün bir həftəyə ehtiyac duyduqlarını dedilər. Lakin iki saat keçməmiş Tramp açıq şəkildə bəyan etdi ki, bu təkliflər ona uyğun deyil. Bu isə göstərir ki, Amerika administrasiyasında fərqli yanaşmalar mövcuddur və vahid razılaşdırılmış mövqe yoxdur. Nəticədə isə hər şeyi bir nəfər həll edir”, — deyə İran səfiri qeyd edib.

Избранный
0
1
ikisahil.az

2Источники