RU

Çempionun 4 transfer hazırlığı

İngiltərənin “Arsenal” klubu yay transfer pəncərəsində heyətini ciddi şəkildə gücləndirmək haqqında düşünür.

Msport.az xəbər verir ki, klub rəhbərliyi yeni mərkəz hücumçusu, vinger, mərkəz yarımmüdafiəçisi və sağ cinah müdafiəçisi transfer etməyi planlaşdırır.

“Topçular”ın əsas transfer hədəfi Julian Alvarez hesab olunur. Hazırda argentinalı forvard “Atletiko” Madrid klubunda çıxış edir.

Bu yaxınlarda “Arsenal” İngiltərə çempionluğunu vaxtından əvvəl təmin edib. Bu, London təmsilçisinin son 22 ildə qazandığı ilk Premyer Liqa titulu olub.

Eyni zamanda Mikel Artetanın komandası mayın 30-da tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi də ola bilər. Finalda onların rəqibi turnirin son qalibi olan PSJ olacaq.

Избранный
22
msport.az

1Источники