RU

Xankəndidə tələbələrlə görüş keçirilib - FOTOLAR

Mayın 21-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Qarabağ Universitetinin tələbələri ilə “dəyirmi masa” keçirilib.

Qarabağ Universitetinin tələbə və müəllim heyətinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının iştirak etdiyi görüşdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, dayanıqlı məskunlaşma və regionun inkişaf perspektivləri müzakirə olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tələbələrə Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti və abadlıq layihələri, sosial infrastrukturun yenidən qurulması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Tədbirdə xüsusi nümayəndəliyin fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə təqdimatlar olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Избранный
9
3
cebheinfo.az

4Источники