RU

Azərbaycanda xalça istehsalı 29 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 28,5 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 dəfə çoxdur.

May ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 5 min kvadratmetr təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan xarici bazarlara 66.59 min ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə 6 milyon 425.88 min ABŞ dollar təşkil edib.

Onu da bildirək ki, cari ilin yanvar-mart aylarının statistikasına görə, Azərbaycana xalçalar, əsasən, Türkiyə, İran və Çindən idxal olunub.

"Cebheinfo.az"

Избранный
2
7
cebheinfo.az

8Источники