RU

İran ABŞ-nin şərtlərini nəzərdən keçirmək üçün vaxt istədi

İran rəsmiləri Körfəz ətrafında münaqişənin həlli üçün ABŞ-nin şərtlərini dəyərləndirmək üçün pakistanlı vasitəçilərdən daha çox vaxt istəyiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Pakistandakı mənbəyə istinadla məlumata yayıb. Məlumata görə, İranın “zənginləşdirilmiş uranı Tehran və Vaşinqton arasında dolayı danışıqlarda əsas maneədir”.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi cümə axşamı günü bildirib ki, Tehran İranın hərbi əməliyyatları dayandırmaq təklifi ilə bağlı ABŞ tərəfinin şərhlərini nəzərdən keçirir. “Tasnim” agentliyinin mayın 18-də yaydığı xəbərə görə, Pakistan münaqişənin həlli üçün İranın 14 maddədən ibarət yeni təklifini ABŞ-yə təqdim edib.

Избранный
2
1
azerbaijan-news.az

2Источники