RU

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 21-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi" mövzusunda panel müzakirəsi keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, Biznes və İnnovasiya Mərkəzində təşkil olunmuş tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar və şəhərsalma üzrə mütəxəssislər iştirak ediblər.

WUF13 çərçivəsində müvafiq mövzuda panel müzakirənin təşkilində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır.

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyarinin moderatorluğu ilə keçirilən tədbirdə İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Global Oracle Association for Leaders" təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə, sənayenin davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov, Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının Şəhər üzrə Baş Proqram rəhbəri Loredana Skuto, "Rotas Consulting" şirkətinin idarəedici partnyoru Emil Məcidov və "Synergy Consulting Infrastructure & Financial Advisory" şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov çıxış ediblər.

Çıxışlarda KOB-ların şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynadığı, onların şəhərsalma siyasətlərində daha fəal iştirakının təmin olunmasının vacibliyi vurğulanıb. KOB-ların innovasiya, yaşıl texnologiyaların tətbiqi, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi və rəqəmsallaşma vasitəsilə şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına mühüm töhfə verə biləcəkləri qeyd olunub.

Eyni zamanda KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, institusional dəstəyin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması zəruri istiqamətlər kimi diqqətə çatdırılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Избранный
1
4
moderator.az

7Источники