RU

Qarqaş  İranın Hörmüz boğazı ilə bağlı planlarını “fantaziya” adlandırıb

BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş Tehranın iddialarını sərt tənqid edib...

Poliqon xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş İranın Hörmüz boğazı ətrafındakı sularda nəzarəti ələ keçirməyə yönəlmiş planlarını kəskin tənqid edib. Yüksəkvəzifəli rəsmi Tehranın bu istiqamətdəki bəyanatlarını “fantaziya” adlandırıb.

Ənvər Qarqaş sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, İran hakimiyyəti hərbi məğlubiyyət fonunda yeni reallıq formalaşdırmağa çalışır. Onun sözlərinə görə, Tehran rəhbərliyinin Hörmüz boğazına nəzarət etmək və ya BƏƏ-nin dəniz suverenliyinə müdaxilə etmək cəhdləri real əsaslardan uzaqdır.

“Rejim açıq hərbi məğlubiyyətdən doğan yeni reallıq yaratmağa çalışır. Lakin Hörmüz boğazına nəzarət etmək və ya BƏƏ-nin dəniz suverenliyinə qəsd etmək cəhdləri fantaziyadan başqa bir şey deyil”, deyə müşavir vurğulayıb.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının böyük hissəsinin keçdiyi strateji su yolu hesab olunur. Son dövrlərdə bölgədə artan gərginlik fonunda İranın boğaz üzərində nəzarətlə bağlı açıqlamaları Körfəz ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanır.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники