RU

Professor: Daha balanslı şəhər həyat tərzinin təşviqinə çalışmaq lazımdır

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

"Şəhərin dayanıqlılığını təmin etmək üçün onun qorunması, arxitekturasının və mədəni irsinin mühafizəsi, sülhün bərqərar olunması və rifahın bərpası ilə paralel şəkildə həyata keçirilməlidir".

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli” mövzusunda panel sessiyasında İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru professor Mahmud Erol Kılıç deyib.

O bildirib ki, daha yavaş və balanslı şəhər həyat tərzinin təşviqinə çalışmaq lazımdır:

“Bu yanaşma şəhərlərin insan mərkəzli inkişafını ön plana çıxarır. Bu çərçivədə şəhərsalma inkişafı proqramları yalnız əsas ehtiyacların qarşılanmasını deyil, həm də şəhərin tarixi, yaddaşı və mədəni kimliyini qoruyan kompleks yanaşmaları əhatə edir”, – o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
2
apa.az

3Источники