RU

Anar Kərimov: Təhlükədə olan mədəni irs obyektlərinin böyük hissəsi İslam dünyasında yerləşir

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ICESCO tərəfindən aparılan son araşdırmalar göstərir ki, dünyada təhlükə altında olan mədəni irs obyektlərinin böyük hissəsi İslam dünyasında yerləşir.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Dayanıqlı və İlhamlandırıcı Mədəniyyətin Yenidən Canlandırılması Modeli” mövzusunda panel sessiyasında ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov deyib.

O vurğulayıb ki, mədəniyyətin bərpa və yenidənqurma proseslərinin mərkəzində dayanması münaqişədən sonrakı ərazilərin dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. Onun sözlərinə görə, hazırda dünyada təhlükə altında olan 36 irs obyektindən 33-ü İslam ölkələrinin payına düşür ki, bu da ümumi göstəricinin təxminən 60 faizini təşkil edir və narahatedici tendensiyadır.

Anar Kərimov qeyd edib ki, bu vəziyyət irs obyektlərinin qorunması istiqamətində daha fəal beynəlxalq əməkdaşlıq və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini zəruri edir.

"Hazırda ICESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahılarında 840 irs nümunəsi qeydiyyata alınıb. Bu il Səmərqənddə keçirilən sessiyada 16 ölkədən 117 yeni mədəni irs elementi siyahıya daxil edilib. Şuşanın 2024-cü ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması da mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlardan biridir" - o vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
1
apa.az

2Источники