RU

​Xamenei bunu qadağan etdi Ölkədən çıxarılmayacaq

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın ali rəhbər Müctəba Xamenei zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını qadağan edib.

Bu barədə “Reuters” İran rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, “ali liderin göstərişi və hakimiyyət daxilində formalaşmış konsensus uran ehtiyatlarının ölkə xaricinə göndərilməməsidir”. Bildirilir ki, bu qərar Tehranın ABŞ ilə mümkün danışıqlarda mövqeyini daha da sərtləşdirir.

"Reuters" yazır ki, Vaşinqtonun əsas tələblərindən biri İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması idi. Ancaq Donald Trampın dəfələrlə hərbi əməliyyatlarla bağlı təhdidlərindən sonra Tehranın mövqeyinin dəyişdiyi iddia olunur.

Məlumata görə, İran tərəfi alternativ variant kimi Atom Enerjisi üzrə Beyəlxalq Agentliyin (AEBA) nəzarəti altında uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması imkanını nəzərdən keçirir. 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
azpolitika.info

1Источники