RU

Bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-i saat 16:30-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC verilən məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yardımlı, Qusar, Balakən, Qax (Sarıbaş), Tovuz, Sabirabad, Salyan, Göygöl, Gəncə, Neftçala, Bərdə, Xızı, Şəmkir, Astara, Tərtər, Mingəçevir, Şəki, Şahdağ, Xınalıq, Tovuz arabir şimşək çaxır, yağış yağır.

Saat 11:41-11:46 radələrində Gədəbəy rayonuna diametri 11 millimetr olan, saat 15:37-15:39 radələrində Şəki şəhərinə diametri 10-12 millimetr, saat 16:04-16:10 radələrində isə Qax rayonunun Qaxbaş kəndinə diametri 8-10 millimetr olan dolu düşüb.

 

Избранный
2
22
azertag.az

10Источники