RU

Xüsusi nümayəndə: Kəlbəcərdə həyata keçirilən bərpa işləri tarixi ədalətin bərpasıdır

Bu gün Kəlbəcərdə həyata keçirilən bərpa işləri tarixi ədalətin bərpasıdır.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol” adlı tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O bildirib ki, bu əraziləri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirlər: “Kəlbəcərdə hazırda geniş bərpa və yenidənqurma işləri aparılır. Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazi idi. Kəlbəcərdə 2020-ci ildən 2026-cı ilə qədər 22200461 hektar ərazi minalardan təmizlənib. 2020-2026-cı ilə qədər Kəlbəcərdə bir neçə dəfə mina partlaması baş verib, insanlar müxtəlif dərəcədə zədələr alıb".

Избранный
66
1
apa.az

5Источники