RU

Azərbaycana turist axını azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkə.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 26,7 %-i Rusiya, 22,4 %-i Türkiyə, 8,7 %-i İran, 5,3 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 3,0 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,2 %-i Çin, 2,1 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,4 %-i İsrail, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 70,9 %-ini kişilər, 29,1 %-ini qadınlar təşkil edib.

1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 % artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 % artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 % azalaraq 289,3 min nəfər təşkil edib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

4 ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı illik müqayisədə 4,8 % azalaraq 602,4 min nəfər olub. Vətəndaşlarıın 40,8 %-i Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 7,5 % çox), 16,8 %-i Rusiyaya (1 % az), 10,8 %-i Gürcüstana (7,1 % az), 7,9 %-i İrana (31,4 % az), 23,7 %-i isə digər ölkələrə (12,1 % az) gedib. Gedənlərin 67,3 %-ni kişilər, 32,7 %-ni qadınlar təşkil edib.

Vətəndaşların 69,7 %-i hava, 28,2 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Избранный
8
11
olke.az

10Источники