RU

"44 gün – Tarixi Zəfər” adlı ki­ta­bın II, III və IV cildləri Gəncədə təqdim olundu



Mayın 21-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində 44 günlük Vətən mü­haribəsində həlak olanların ad­la­rının və xatirələ­ri­nin əbədiləş­dirilməsi məqsədilə çap etdirdiyi "44 gün – Tarixi Zəfər" adlı ki­ta­bın II, III və IV cildlərinin təqdimatını keçirib. Gəncə, Naftalan, Daşkəsən, Göygöl və Samuxdan olan Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirildiyi nəşrlərin təqdimatında onların ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Tədbir dövlət himnin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Təqdimat mərasiminin aparıcısı, redaksiyanın əməkdaşı, şair-publisist Hikmət Məlikzadə şəhidlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə Xatirə Kitabı Re­dak­si­yasının gördüyü işlərdən danışdı. Respublika Xatirə Kitabı Re­dak­si­yasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, rəhbərlik etdiyi redaksiyanın üzərinə çox böyük missiya düşüb və kollektiv bu işi uğurla həyata keçirir:"Bizim işimiz həqiqətən də çətin və gərgindir. Çünki hər bir şəhid haqqında məlumat toplamaq, o məlumatları dəqiqlışdirdikdən sonra kitab halına salmaqvə gələcək nəsillər üçün yadigar qoymaq çox böyük dəqiqlik və əmək istəyir. Bu işin çətinliyini əməkdaşlarımız yaxşı bilir. Həmişə deyirəm ki, bizim əməkdaşlarımız çox gərgin və məsuliyyətlə işləyirlər. Onlara təşəkkür edirəm ki, bu cür ağır və məsuliyyətli işin öhdəsindən uğurla gəlirlər". N. Məmmədova qeyd edib ki, adlarını Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən oğulların adlarının unudulmaması, gələcək nəsillərə çatdırılması üçün redaksiya kollektivi çox böyük zəhmət çəkib. "Müharibə qansız-qadasız ötüşmür. Amma qələbəni bizə yaşadanları xatırlatmasaq bizim üzərimizə düşən böyük günah olar. Xatirə Kitabı olaraq bu işə İkinci Dünya müharibəsindən başlamışıq". Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən danışan N. Məmmədova qeyd etdi ki, redaksiya belə bir məsuliyyətli vəzifəyə hazırlaşır. "Vətən mü­haribəsini qələbə ilə başa çatdırdıq. Biriinci Qarabağ müharibəsində şəhid olanlarla bağlı məlumatlar toplayırıq, siyahı dəqiqləşdirilir. Dəqiqləşdirməyə ciddi ehtiyac var. O dövrdə psrakəndəlik idi. Vəziyyət hər kəsə məlum idi. Ona görə də onların adları tamamilə dəqiqləşdirilir. Mən buradan sizə də səslənirəm. Birinci Qarabağ müharibəsində şəhid olan şəxslərlə bağlı kimin ətraflı məlumatı varsa, fotoşəkillər varsa bizə təqdim etsin. Bu bizim üçün çox vacibdir. Çünki bəzən onların ailələri ilə əlaqə yaratmaq çətin olur. İndi isə "44-Gün-Tarixi zəfər"in II, III və IV cildlərinin təqdimatını keçiririk. Biz bir neçə il əvvəl bu nəşrin I cildini təqdim etmişik. Kitabda Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən mü­haribəsində,antiterror tədbirlərində, Qisas əməliyyatında, mina terrorunda şəhid olmuş insanların xatirəsi əbədiləşdirilib. N. Məmmədovanın sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əli­yevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə baş­lamış Respublika Xatirə Kitabı insan resurslarını əbə­di­ləş­dirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ənsiklopedik salnamədir. Bu kitabda İkinci Dünya mü­haribəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xo­calı soy­qı­rı­­mı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir gö­tü­rülmüş vətən­daş­larımız, Milli Qəhrə­man­la­rımız haq­qında ensiklopedik materiallar dərc edilir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətən­daş­larımız haqda iki dildə (Azərbaycan və ingilis) 4 cilddə kitab dərc etdirib. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xati­rələrinin əbədiləş­di­ril­məsi məq­sədilə "44 gün – Tarixi Zəfər" adlı dörd cilddə kitab nəşr etdirib, həmin kitablar şəhid ailələrinə təqdim edilib və proses bu gün də davam etdirilir. Bu çoxcildlik ensiklopedik nəşrlər icti­mai müstəvidə xüsusi rol oynayır. Redaksiyanınhazırladığı "Qələbə - 75" və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Bu kitablarda faşizm üzərində qələbənin 75 və 80 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xa­rak­terizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azər­bay­can­lılar, mü­ha­ri­bədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və ma­raqlı fikirlər yer alıb. Respublika Xatirə Kitabı Re­dak­si­yası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ mü­haribəsində həlak olanların adlarının və xatirələrinin əbədiləş­di­rilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya,eyni zamanda, "Vətən daşı... və ya 44 günün das­tanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Redaksiyanınhazırladığı "Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır" kitabı Ümummilli Lider Heydəır Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.  Gəncə Şəhər İcra Hakimiyyətinin Müharibə İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili sektorunun müdiri Əli Həsənzadə, Naftalan rayon icra hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, şəhid Elnur Məmmədovun anası Maisə Məmmədova, şəhid Rüfət Sadıqovun anası Tərifə Ağscanova, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə çıxış etdilər. Tədbirdə vurğulandı ki, şəhidlər ata-anasını secıblırdir, amma onlar vətəni öz ailələrindən, əzizlərindən də əziz biliblər. Çıxış edənlər Respublika Xatirə Kitabı Re­dak­si­yasının həyata keçirdiyi layihələrin, nəşr etdiyi kitabların əhəmiyyətindən danışıblar. Tariximizə adlarını yazan şəhidlərin ailələrinin, yaxınlarının toplaşdığı təqdimat mərasiminin sonunda "44-Gün-Tarixi zəfər" kitabınınII, III və IV cildləri onlara təqdim edildi. İradə SARIYEVA Gəncə

Избранный
20
2
baki-xeber.com

3Источники