RU

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirildi

Bakıda Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib.

S. Şərifov qeyd edib ki, Prezident İlham Əliyev ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında yüksək səviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verir. Xüsusilə, 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edilib. Bildirib ki, Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması ilə müşayiət olunan müsbət dinamika təqdir olunmaqla yanaşı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.

Избранный
1
12
publika.az

10Источники