RU

Xüsusi Nümayəndəliyin əməkdaşı: Dayanıqlı praktiki standartların yaradılması və inkişafı üçün möhkəm baza formalaşdırılır

Bakı, 21 may, AZƏRTAC

Dayanıqlı praktiki standartların yaradılması və inkişafı üçün möhkəm baza formalaşdırılır. İşğaldan azad edilmiş ərazilər yaşıl enerji zonaları kimi müəyyən olunub və alternativ enerjiyə keçid üzrə milli proqramın, eləcə də xalis sıfır emissiyaya keçid prosesinin əsasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada çıxışı zamanı deyib.

O, həmçinin bildirib: "Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, biz 2050-ci ilə qədər istixana qazlarının 40 faiz azaldılmasına sadiqik və azad edilmiş ərazilərdə xalis sıfır emissiya zonasının yaradılmasını hədəfləyirik. Məsələn, biz Qarabağ və Şərqi Zəngəzurun təbii potensialından istifadə edərək, dayanıqlı yaşıl mühit və iqtisadiyyat qurmağa çalışırıq. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində görülən bütün bu işlər bir əsas və fundamental məqsədə əsaslanır: insanların öz doğma yurdlarında daimi şəkildə məskunlaşmasını, onların ekoloji sağlamlığını və dayanıqlı həyatını təmin etmək”.

Müxbir - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - İlqar Cəfərov
Videooperator - Şövqi Əzizov
Избранный
17
azertag.az

1Источники