RU

Misirdə böyük neft qaz yatağı tapılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 21 may, AZƏRTAC

Misirdə Qərbi Səhrada böyük neft-qaz yatağı aşkar edilib. Bu, 15 il ərzində tapılan ən böyük yataqdır.

AZƏRTAC xəbər verir ki, bu, Misirin Neft və Mineral Sərvətlər Nazirliyinin bəyanatında qeyd olunub.

Nazirliyin yaydığı məlumata görə, ilkin hesablamalara əsasən, yeni yatağın ehtiyatları təxminən 330 milyard kubfut təbii qaz, 10 milyon barel kondensat və xam neft olmaqla, ümumilikdə, 70 milyon barel neft ekvivalenti həcmində qiymətləndirilir.

Yeni yataq Misir Dövlət Neft Korporasiyası ilə İtaliyanın “Eni” şirkətinin birgə investisiya qurumu olan “Agiba Petroleum” tərəfindən aşkarlanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
10
azertag.az

10Источники