RU

Azərbaycanın iki güləşçisindən Avropa çempionatında qızıl medal

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuel üzərində tam üstünlük qazanaraq 9:0 hesablı qələbə ilə Avropa çempionu olub.

Digər idmançı Paşa Aslan (44 kq) isə həlledici görüşdə Ermənistan təmsilçisi Paşa Xudoyanı 4:1 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Beləliklə, Azərbaycan yığması yarışda iki qızıl medal əldə edib.

Qeyd edək ki, Avropa çempionatına mayın 24-də yekun vurulacaq.

Избранный
145
1
90deqiqe.az

10Источники