RU

Tramp: İranın zənginləşdirilmiş Uranı saxlamasına icazə verməyəcəyik

ABŞ prezidenti Donald Trump İranda zənginləşdirilmiş uranın saxlanmasına icazə verməyəcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, ABŞ İranla bağlı danışıqları davam etdirir və Tehran rəhbərliyinin nüvə silahı əldə etməsinə imkan verilməyəcək.

Tramp bildirib:

“Yəqin ki, onu geri götürdükdən sonra məhv edəcəyik. Amma onların bunu saxlamasına icazə verməyəcəyik.”

ABŞ prezidenti həmçinin İranın Hörmüz boğazından keçən beynəlxalq ticarət gəmilərindən rüsum almaq cəhdlərinə də münasibət bildirib.

O qeyd edib ki, Vaşinqton bu məsələni diqqətlə izləyir və belə bir addımı qəbul etməyəcək:

“Biz bunu araşdırırıq, bundan xəbərdarıq. Biz rüsum istəmirik. Bu, beynəlxalq su yoludur.”

Tramp əlavə edib ki, İranla danışıqlar davam etsə də, ABŞ regiondakı təhlükəsizlik və beynəlxalq dəniz nəqliyyatı ilə bağlı məsələlərdə geri addım atmayacaq.

Aytən Yaşar/ Turkustan.az

Избранный
43
1
turkustan.az

2Источники