RU

Böhran Fonunda Neftdən MİLYARDLAR QAZANDILAR



Səudiyyə Ərəbistanı mart ayında neft və neft məhsulları ixracından 24,7 milyard dollardan çox gəlir əldə edib.

Bloombergnin məlumatına görə, bu göstərici 2022-ci ilin oktyabrından bəri ən yüksək səviyyə hesab olunur.

Bildirilir ki, gəlirlərin artmasına İran ətrafında yaranan hərbi gərginlik və bölgədə enerji bazarındakı risklər təsir edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanının neft ixrac gəlirləri 37 faiz artıb.

Hörmüz boğazında yaranan məhdudiyyətlərə baxmayaraq, ölkə ixracın bir hissəsini boru kəmərləri və Qırmızı dəniz limanları vasitəsilə davam etdirə bilib.

Goldman Sachs da bildirib ki, Səudiyyə Ərəbistanının həftəlik orta neft gəlirləri son gərginliklərdən sonra təxminən 10 faiz yüksəlib.

Analitiklər hesab edirlər ki, Yaxın Şərqdəki risklər enerji qiymətlərinə təsir göstərməyə davam etdikcə, region ölkələrinin neft gəlirlərində dalğalanmalar davam edə bilər.



Избранный
34
aia.az

1Источники