Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Müğənni Niyam Salami Əməkdar incəsənət xadimləri, mərhum bəstəkarlar Nailə və Hikmət Mirməmmədlilərin məzarını ziyarət edib.
Axşam.az xəbər verir ki, ifaçı bununla bağlı görüntüləri sosial şəbəkədə paylaşıb.
Konsert verməyə hazırlaşan Niyam paylaşımına "Bu gülləri siz mənim konsertimə gətirməliydiniz, mən sizin məzarınıza yox... Ruhlarınız şad olsun" sözlərini yazıb.
Qeyd edək ki, Hikmət Mirməmmədli 2007, Nailə Mirməmmədli isə 2021-ci ildə ürək tutmasından vəfat edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.