RU

Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub

Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CXP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələri ləğv olunub.

"Far.Az" xəbər verir ki, bununla bağlı Ankara Bölgə Ədalət Məhkəməsi qərar qəbul edib.

Məhkəmə daha əvvəl Ankara 42-ci Birinci İnstansiya Hüquq Məhkəməsinin qurultayın ləğv edilməsi tələbini geri çevirməsi qərarını ləğv edib. Bununla da sözügedən qurultay və qurultaydan sonra qəbul edilmiş bütün qərarlar ləğv olunub.

Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Sözügedən qərardan sonra açıqlama verən K. Kılıçdaroğlu prosesi partiyanın keçmiş sədrləri ilə birlikdə yürüdəcəyini deyib:

"Heç kim narahat olmasın, partiyamızı bu mübahisələrin içindən çıxaracaq və iqtidar yürüşünü davam etdirəcəyik".

Избранный
1
1
far.az

2Источники