RU

Ayxan Abbasov: “İnanıram ki, “Şamaxı” doğru qərar verər”

Misli Premyer Liqasının XXXIII turunda "Qəbələ" "Şamaxı" ilə qarşılaşıb - 3:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "münəccimlər"in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Çempionat bitdi. Komandama təşəkkür edirəm. Ağır mövsüm oldu. Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi. Təhlil etsək, görərik ki, keçən ildən yaxşı olduq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idi. Bu mövsüm 12 komanda arasında mübarizə daha sərt oldu. Kubokda da irəlilədik. Gənc futbolçuların inkişafı, yaxşı legionerlərin uyğunlaşması baxımından komanda irəlilədi. Hədəfimiz bu idi. Rəhbərliyə, futbolçulara, məşqçilərə təşəkkür edirəm. "Qəbələ"yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. İnşallah layiq olan qələbə qazanar. İnanıram ki, "Şamaxı" düzgün qərar verib bu işi davam etdirən bir məşqçi ilə razılaşar, bu ildən daha yaxşı olmağa çalışar".

MOİK-in futbolçusu mükafatlandırılıb

MPL: Növbəti mövsüm üçün transfer pəncərələrinin vaxtı müəyyənləşib

Premyer Liqada yeni mövsümün start tarixi müəyyənləşib

AFFA "Neftçi"ni CƏRİMƏLƏDİ

FIFA “Sabah”ı təbrik ETDİ

Избранный
3
4
apasport.az

5Источники