RU

Qadın qeysəriyyə əməliyyatında cənnəti görüb-İddia


Britaniyalı Sara Mills təcili qeysəriyyə əməliyyatı zamanı parlaq ağişıq gördüyünü bildirib.


Medicina.az xəbər verir ki, 32 yaşlı Mills hamiləliyinin son həftələrində nizamsız fasilələrlə şiddətli sancılar hiss etməyə başladı. Lakin şikayətlərinə baxmayaraq, həkimlər onu təbii yolla doğuş etməyə təşviq etdilər. Lakin uşaq uşaqlıq boynunda ilişdiyi zaman, həkimlər dərhal onu təcili qeysəriyyə əməliyyatına yönləndirdilər. Körpə sağlam doğuldu, lakin Mills yüksək qızdırma və halsızlıq hiss etdi.



Həkimlər onu tibbi komayasalıb, uşaqlıq boynunda qan laxtası aşkar etdilər, bu laxta çıxarıldıqdan sonra kütləvi qanaxmaya səbəb oldu.

"Parlaq ağ işıq gördüm və onlara cənnətə getdiyimi deyirdim. Düzünü desəm, öldüyümü və yenidən həyata qaytarıldığımı düşünürdüm", - deyə Mills danışıb.
Britaniyalı qadın 5,5 litr qan itirdiyindən, ona yeddi dəfə qan köçürülüb.

O, ertəsi gün səhərə qədər komada qalıb. Bir ay sonra xəstəxana rəhbərliyi ona üzr məktubu göndərərək hadisənin vurduğu "ciddi psixoloji ziyanı" etiraf edib. Mills tibb işçilərini xəstələrin şikayətlərinə daha diqqətli olmağa çağırıb:

"Qadınlar bədənlərini tanıyırlar və bizim eşidilməyimiz lazımdır."

Aygün Musayeva


Избранный
13
medicina.az

2Источники