RU

Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT baş katibinin müavini Amina Mohammedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar. pizza hut

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin təşviqində oynadığı rolu vurğulayıb.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Tərəflər həmçinin ölkəmizin enerji təhlükəsizliyi və regional bağlantılar sahəsində aparıcı rolu, ölkəmizin Mərkəzi Asiya ilə strateji əlaqələri barədə müzakirə aparıblar.

BMT Baş katibinin müavini Amina Mohammed Azərbaycan ilə BMT arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Избранный
19
20
yenisabah.az

10Источники