ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Keyn müqavilə imzalamağa tələsmir
"Bavariya" prezidenti Herbert Hayner Harri Keyn və Maykl Olisenin gələcəyi ilə bağlı açıqlama verib.
QOL.az xəbər verir ki, "Welt" nəşrinin məlumatına görə, klub rəsmisi Keynlə yeni müqavilə imzalamaq istədiklərini bildirib. Onun sözlərinə görə, ingilis hücumçu da Münhendə qalmağa isti yanaşır və müqavilə məsələsində tələsmir.
Klub prezidenti Maykl Olisenin ayrılığı ilə bağlı yayılan xəbərləri də təkzib edib. O, fransalı vingerin 2029-cu ilə qədər müqaviləsinin olduğunu və “Bavariya”nın onu komandada saxlamaq istədiyini vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.