RU

Ağ Ev Trampın süni intellektlə bağlı sərəncamını təxirə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ağ Ev Trampın süni intellektlə bağlı sərəncamını təxirə salıb.

Banco.az xəbər verir ki, “Bloomberg”in xəbərinə görə, Ağ Ev ABŞ Prezidenti Donald Trampın inkişaf etmiş süni intellekt modellərinin yaratdığı kibertəhlükəsizlik risklərinin aradan qaldırılmasına yönəlmiş prezident sərəncamının imzalanma mərasimini təxirə salıb.

Cümə axşamı günortadan sonra keçirilməsi planlaşdırılan imza mərasiminin hansı səbəbdən təxirə salındığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ağ Evin sözçüləri məsələ ilə bağlı münasibət bildirməsələr də, imza mərasiminin təxirə salındığını təsdiqləyən mənbələr “Bloomberg”ə açıqlamalar veriblər.

Xəbərdə bildirilib ki, Trampın imzalaması gözlənilən sərəncam mövcud kibertəhlükəsizlik məlumat mübadiləsi proqramlarının süni intellekt şirkətlərini də əhatə edəcək şəkildə yenidən tənzimlənməsini nəzərdə tutur. Bununla yanaşı, ən inkişaf etmiş süni intellekt modelləri üçün məcburi federal təsdiq tələbi tətbiq olunmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
15
1
banco.az

2Источники