RU

Rubio İranla mümkün razılaşmadan DANIŞDI: “müsbət siqnallar var”

İranla razılaşma ətrafındakı vəziyyət yaxın günlərdə aydınlaşa bilər.

Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton ilə Tehran arasındakı münaqişənin nizamlanması məsələsində müsbət siqnallar var.

"Rəsmi bəyanatlardan qabağa qaçmaq istəmirəm, ona görə də gəlin yaxın bir neçə gündə nələrin baş verəcəyinə baxaq", — deyə o bildirib.

Eyni zamanda, Rubio qeyd edib ki, əgər yaxşı bir saziş əldə olunmazsa, ABŞ İrana qarşı digər variantları qüvvədə saxlayır.

Bizim.Media

Избранный
11
1
bizim.media

2Источники