RU

Səhvlərini heç vaxt boynuna almayan bürclər

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Münasibətlərdə səhvini boynuna almaq və üzr istəmək bəziləri üçün mümkünsüz məsələdir. Astrologiyada elə bürclər var ki, günahkar olduqları halda belə, manipulyasiya ilə qarşı tərəfi təqsirkar çıxarırlar. Ən haqsız olduqları məqamda belə, müxtəlif bəhanələrlə sudan quru çıxmağı bacaran həmin bürclər səhvlərini heç vaxt qəbul etmirlər.Demokrat.az xəbər verir ki, Şir bürcü altında doğulanların səhv etdiyini görmək demək olar ki, qeyri-mümkündür. Onlar özlərini həmişə qüsursuz hesab edirlər. Ortada aşkar yanlış varsa, bu, Şir bürcünə görə ya şəraitin qurbanı olmaqdır, ya da ətrafdakıların bacarıqsızlığıdır. Qürurlarını qorumaq üçün günahı dərhal başqasının üzərinə atırlar.Əkizlər bürcü isə günahı tam sübuta yetirildiyi anda belə, söz oyunları ilə vəziyyətdən çıxa bilir. Onlarla mübahisə edərkən mövzu elə dəyişir ki, sonda günahkar özünüz çıxırsınız. Hədəfi yayındırmaq və hərəkətlərinə bəraət qazandırmaq onların əsas xüsusiyyətidir.Qoç bürcü sürətli və emosional qərarlar verir. Səhv etdiyini daxilən bilsə də, inadkar xasiyyəti ucbatından geri addım atmır. Üzr istəməyi məğlubiyyət sayan Qoçlar, günahı qəbul etmək əvəzinə qarşı tərəfi onu əsəbiləşdirməkdə ittiham edirlər.Oğlaq bürcləri isə həyatı qaydalarla yaşayır və özlərindən çox əmindirlər. Münasibətlərdə və ya işdə problem yaranarsa, Oğlaq bürcü uğursuzluğun səbəbini qarşı tərəfin məsuliyyətsizliyində görür. Tənqid olunmağı qəbul etməyən bu şəxslər, səhvlərini etiraf etmək əvəzinə araya soyuqluq salmağa üstünlük verirlər.Qısası, astrologiyada Şir, Əkizlər, Qoç və Oğlaq bürcləri öz səhvlərini heç vaxt qəbul etmir və günahı həmişə qarşı tərəfdə görürlər.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники