RU

Yeni kapitan oldu

“Real”ın növbəti kapitanının kim olacağı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Daniel Karvaxal komandadan ayrıldıqdan sonra kapitan sarğısı Federiko Valverdeyə veriləcək. Klub rəhbərliyi artıq bu qərarı uruqvaylı futbolçuya çatdırıb. Məlumata görə, ikinci kapitan Vinisius Junior, üçüncü kapitan isə Tibo Kurtua olacaq.

Valverdenin Orelyen Tçuameni ilə yaşadığı insident klubun onunla bağlı bu qərarı verməsinə mane olmayıb. Xatırladaq ki, mayın 7-də məşq zamanı Federiko ilə Orelyen arasında başlayan sözlü mübahisə sonradan paltardəyişmə otağında davaya çevrilib. Məlumata görə, uruqvaylı futbolçu başından xəsarət alıb və xəstəxanaya aparılıb. Yerli mənbələr hər iki yarımmüdafiəçinin 500 min avro məbləğində cərimələndiyini xəbər verib.

Избранный
1
5
football-plus.az

7Источники