Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfərə yollanıb. SİA xəbər verir ki, səfərin məqsədi Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etməkdir.
Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmədqulu Astanaqulov, Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov və digər rəsmi şəxslər qarşılayıblar.
Mətləb