RU

ABŞ da emal sənayesi son dörd ildə ən böyük artımını yaşayır

ain.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsal fəaliyyəti son dörd ildə ən böyük artımını yaşayır.

Banco.az xəbər verir ki, məlumatlara əsasən, “S&P Global”in may ayı üzrə ilkin emal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) 0,8 bənd artaraq 55,3 səviyyəsinə yüksəlib. İstehsal xərcləri göstəricisi isə 11 bənddən çox artaraq 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.

Rəqəmlər təchizat zəncirlərini ciddi şəkildə pozan, enerji və digər xərcləri kəskin artıran müharibənin emal sənayesinə müvəqqəti təkan verdiyini göstərir. Digər tərəfdən, xidmət sektorunu da əhatə edən birləşdirilmiş PMI may ayında dəyişməz qalıb.

“S&P Global Market Intelligence”in baş iqtisadçısı Kris Uilyamson bildirib ki, göstəricilər “qiymətlərdə yeni artımın tələbi yenidən zəiflətməsi, həmçinin şirkətlərin artan xərclər və iqtisadi perspektivlə bağlı narahatlıqları səbəbindən ixtisarların baş verməsi fonunda biznes fəaliyyətində yalnız mülayim artım olduğunu” göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
banco.az

2Источники