RU

BVF Fransanın iqtisadi artım proqnozunu aşağı salıb

Banco.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF Fransanın iqtisadi artım proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Fransa iqtisadiyyatı üzrə 2026-cı il üçün iqtisadi artım proqnozunu 0,9 faizdən 0,7 faizə endirib.

BVF 4-cü maddə məsləhətləşmələri çərçivəsində həyata keçirilən ölkə səfərindən sonra hazırlanan ilkin qiymətləndirmə nəticələrini açıqlayıb.

Fondun yaydığı bəyanatda bildirilib ki, Fransa iqtisadiyyatı daxili və xarici şoklara baxmayaraq, 2025-ci ildə mülayim artım tempini qoruyub saxlayıb. Lakin Yaxın Şərqdəki müharibənin yaratdığı yeni təzyiqlərin iqtisadi fəaliyyətə təsiri artıq hiss olunmağa başlayıb.

Bəyanatda Fransa hakimiyyətinin enerji şokuna verdiyi reaksiyanın indiyədək uyğun olduğu qeyd edilib. Bununla yanaşı, tətbiq edilən tədbirlərin bazar təşviqlərini qoruyan, xərcləri məhdudlaşdıran, müvəqqəti xarakter daşıyan və həssas təbəqələri hədəf alan formada davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
banco.az

2Источники