RU

Tbilisi qatarına ilk bileti o aldı - Vağzalda növbə var

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.
BUTA.TV”nun məlumatına görə, artıq ilk dəqiqələrdən Bakı Dəmiryol Vağzalının kassasında növbə yaranıb və 150-dən çox bilet satılıb. Bakı–Tbilisi qatarına bilet alan ilk şəxs Elnarə Rəsulova adlı xanım sərnişin olub. Xatırladaq ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da hərəkət edəcək. Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.

Избранный
0
9
buta.tv

10Источники