Varşava israilli nazirin Polşa vətəndaşlarına qarşı qəddar hərəkətlərinə görə belə sərt addım atıb...
Polşa hökuməti İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvirın ölkəyə girişinə 5 il müddətinə qadağa tətbiq edib.
Poliqon xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marcin Kierwiński sosial şəbəkədə açıqlama verib.
Nazirin sözlərinə görə, qərar Polşa vətəndaşlarına qarşı qəddar rəftarla bağlı yayılan görüntülərdən sonra qəbul olunub. Marçin Kervinski bildirib ki, Polşa vətəndaşlarına qarşı bu cür münasibət cavabsız qalmayacaq.
“Polşa vətəndaşlarına qarşı qəddar davranış hər zaman cavab doğuracaq. Bunun kim tərəfindən edilməsindən asılı olmayaraq, reaksiya veriləcək. Xarici İşlər Nazirliyinin və Radosław Sikorskinin müraciəti əsasında İtamar Ben-Qvirin Polşaya girişinə artıq rəsmi şəkildə qadağa qoyulub”, deyə daxili işlər naziri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ben-Qvir “Sumud” adlı Fələstinyönlü flotiliyanın fəallarına qarşı alçaldıcı rəftarın əks olunduğu görüntüləri paylaşmışdı. Həmin fəallar arasında Polşa vətəndaşlarının da olduğu bildirilirdi. Video sosial şəbəkələrdə və beynəlxalq mediada ciddi rezonans doğurmuşdu.
Məlumata görə, məsələ ilə bağlı Avropa ölkələri arasında da narazılıq artır. İtaliya hökuməti Avropa İttifaqına müraciət edərək Ben-Qvirə qarşı sanksiyaların tətbiqini təklif edib. Siyasi müşahidəçilər hesab edirlər ki, son qərarlar İsrail rəsmilərinə qarşı Avropada təzyiqlərin artdığını göstərir.
Poliqon.info