RU

Real Madrid ulduz futbolçu üçün Qalatasaray dan 80 milyon avro tələb etdi

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

​Türkiyə Superliqasında ardıcıl çempionluqlar qazanaraq yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən "Qalatasaray" klubu ilin ən səs-küylü transfer hədəflərindən birini müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, İstanbul təmsilçisi "Real Madrid" klubunun fransalı ulduz yarımmüdafiəçisi Eduardo Kamavinqanın transfer şərtləri ilə maraqlanıb.  

​"Qalatasaray" rəhbərliyi 23 yaşlı futbolçunun şərtləri barədə məlumat almaq üçün rəsmi təmaslar qurub. Sarı-qırmızılılar oyunçunun vəziyyətini yaxından araşdırır.

​Bununla belə, İspaniya nəhənginin gənc yarımmüdafiəçini asanlıqla buraxmaq niyyətində olmadığı bəlli olub. 

​"Real Madrid" klubu Kamavinqa üçün təxminən 80 milyon Avro dəyərində transfer qiyməti təyin edib. (Offsideplus.az)

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
news.milli.az

1Источники