Hazırda Vaşinqton və Havana arasında razılaşma ehtimalı azdır.
"Ölkə.az" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio bildirib ki, ABŞ Prezidenti həmişə danışıqlar yolu ilə sülh razılaşmasına üstünlük verir:
"Bu, bizim prioritetimiz olaraq qalır. Amma söhbət Kubadan gedəndə, siinlə dürüst olacağam, bu nəticənin ehtimalı hazırda çox azdır".
O qeyd edib ki, Kuba hakimiyyəti vaxt itirir və şərtlərin onların xeyrinə dəyişməsini gözləmək istəyir. Rubio vurğulayıb ki, ABŞ buna imkan verməyəcək.
O, həmçinin Kuba iqtisadiyyatının acınacaqlı vəziyyətini bir daha xatırladıb.
Elvin
Ölkə.az