RU

88 milyonluq Luvr oğurluğu film olur

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransız rejissor Romen Qavras Luvr Muzeyində baş vermiş oğurluq hadisəsindən bəhs edən yeni film üzərində çalışır.

Axşam.az xəbər verir ki, ekran işi jurnalistlər Jan-Mişel Deküji, Jeremi Fam-Le və Nikolya-Şarl Torranın müəllifi olduğu “Luvrdan əllərinizi çəkin” adlı araşdırma kitabı əsasında çəkiləcək. Kitab mayın 27-də satışa çıxacaq.

Məlumata görə, film ötən il baş vermiş və böyük rezonans doğuran oğurluq hadisəsinin gizli sənədlərə əsaslanan detallı tarixçəsini təqdim edəcək.

Filmin adı, aktyor heyəti və yayım tarixi hələ açıqlanmayıb. Çəkilişlərin gələn il başlaması, ekran işinin isə 2028-ci ildə təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, 2025-ci il oktyabrın 19-da işçi geyimində olan naməlum şəxslər avtoyüksəldicidən istifadə edərək Luvra daxil olublar və bir neçə dəqiqə ərzində Napoleon kolleksiyasına aid, ümumi dəyəri 88 milyon avro olan zinət əşyalarını oğurlayıblar. Oğurlanan əşyalar arasında boyunbağı, broş və diadem də olub. Qaçış zamanı 1354 almazla bəzədilmiş imperatriça Evgeniyanın tacı yerə düşüb. Daha sonra oğurlanan zinət əşyalarının bir hissəsini “darknet” vasitəsilə satmağa cəhd edildiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
axsam.az

1Источники