“Super qida” kimi tanınan qara zirə və qara zirə yağı faydaları ilə diqqət çəkir. Metbuat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qara zirənin tərkibində olan timokinon adlı aktiv maddə güclü antioksidant təsirə malikdir. Bu maddənin hüceyrələrin qocalmasını ləngitdiyi, dərinin daha sağlam görünməsinə kömək etdiyi və toxumaların yenilənməsini sürətləndirdiyi qeyd olunur. Araşdırmalarda qara zirənin qan şəkəri və təzyiqin tənzimlənməsinə də müsbət təsir göstərə biləcəyi vurğulanır. Xüsusilə insulin müqavimətinin azaldılması və qlükoza səviyyəsinin normada saxlanmasına dəstək olduğu bildirilir. Bununla yanaşı, damarları rahatlaşdıraraq yüksək təzyiqin aşağı düşməsinə kömək etdiyi qeyd edilir.Qara zirə yağı tənəffüs yolları ilə bağlı problemlərdə də faydalı hesab olunur. Astma, bronxit, allergiya və öskürək zamanı tənəffüs yollarındakı iltihabı azaltmağa və nəfəs almağı asanlaşdırmağa kömək etdiyi bildirilir. Mövsümi allergiya simptomlarının yüngülləşməsində də təsirli olduğu qeyd olunur.Mütəxəssislər qara zirə yağının saç və dəriyə də müsbət təsir etdiyini bildirirlər. Saç köklərini qidalandırdığı, saç tökülməsini azaltdığı və kəpəyin qarşısını almağa kömək etdiyi vurğulanır. Dəridə isə akne, ekzema və sedef kimi problemlərin yüngülləşməsinə dəstək ola biləcəyi qeyd edilir.