RU

ABŞ-də Ebola virusunun yayılma riski aşağı qiymətləndirilir

BAKI, 22 may. TELEQRAF

ABŞ hakimiyyəti ölkədə Ebola virusunun yayılması riskinin aşağı səviyyədə qaldığını açıqlayıb.

Teleqraf” xəbər verir ki, bu barədə ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) bəyanatında bildirilib.

Məlumata görə, hazırda ABŞ-də Ebola ilə bağlı şübhəli, ehtimal olunan və ya təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb.

Bəyanatda qeyd olunub ki, ölkədə Ebola virusunun yayılması riski aşağı olaraq qalır.

Mayın 18-dən etibarən ABŞ-yə girişlə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Belə ki, son üç həftə ərzində Konqo Demokratik Respublikası, Uqanda və ya Cənubi Sudanda olmuş, lakin ABŞ pasportu olmayan şəxslərin ölkəyə girişinə icazə verilmir.

Həmin ölkələrə səfər etmiş ABŞ vətəndaşları isə yalnız Vaşinqtondakı Dalles Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə qayıda bilər. Onlar hava limanında tibbi müayinədən keçiriləcəklər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası ilə əlaqədar beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. Təşkilatın məlumatına görə, hazırkı epidemiya zamanı Konqo Demokratik Respublikasında 138 nəfərin Ebola virusundan öldüyü ehtimal olunur, yoluxanların sayı isə 600-ə çatıb.

Избранный
134
teleqraf.com

1Источники