RU

"Bunu etdikdən sonra çempionluq üçün oynayacağıq"

Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatından əvvəl zədəsini sağaldıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a komandanın baş məşqçisi Elşad Quliyev açıqlamasında bildirib.

Mütəxəssis yarımmüdafiəçinin zədəsinin yeni sağaldığını söyləyib:

"Heyətdə başqa zədəli futbolçu yoxdur. Elvini formaya salsaq, bu turnirdə oynatmaq fikrimiz var. Komandanın yekun heyəti təxminən iki günə tam açıqlanacaq".

E.Quliyev Avropa çempionatındakı hədəflərinə də toxunub:

"İlk növbədə məqsədimiz qrupdan çıxmaqdır. Bunu etdikdən sonra çempionluq üçün oynayacağıq".

Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Избранный
126
sportinfo.az

1Источники