RU

Prezidentin qızı və gəlini perulu rəssamın sərgisində

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.

Publika.az xəbər verir ki, sərginin açılış mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

“Yuxular teatrı” (“The Theater of Dreams”) adlı sərgidə müəllifin bir sıra əsərləri ilk dəfə ictimaiyyətə təqdim olunub.

Açılış mərasimindən əvvəl jurnalistlərə açıqlama verən Ronald Kompanoka bildirib ki, bu hadisə onun üçün böyük əhəmiyyət daşıyır və sərginin Avropanın mühüm mədəniyyət mərkəzlərindən birində keçirilməsi xüsusi önəm kəsb edir. Rəssam qeyd edib ki, layihəni digər sərgilərdən fərqləndirən əsas cəhət onun yalnız ənənəvi təqdimat formatı ilə məhdudlaşmaması, müxtəlif mədəni yanaşmaları və yaradıcı baxışları bir araya gətirməsidir.

O vurğulayıb ki, sərgidə nümayiş olunan əsərlərin bir qismi Azərbaycan mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda, bəzi işlərdə xalça elementləri, digər əsərlərdə isə Azərbaycan motivləri və ölkəmizin adı əks olunub. Ronald Kompanoka əlavə edib ki, yaradıcılığında həm fantaziya, həm də sehrli sürrealizm elementləri yer alır. Bununla belə, o, əsərlərini daha çox realist və mistik üslubun sintezi kimi dəyərləndirir.

Избранный
23
14
publika.az

10Источники