İranın yeni Ali lideri Müctəba Xamenei zənginləşdirilmiş uranın İrandan çıxarılmasını qadağan edib.
Bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
“Ali liderin göstərişinə və ölkə rəhbərliyinin ümumi rəyinə əsasən, zənginləşdirilmiş uran ehtiyatları ölkə hüdudlarını tərk etməməlidir”, - mənbələrdən biri deyib.
“Qafqazinfo” xatırladır ki, rəsmi Tehranın sülh müzakirələrinə qayıtmaq üçün irəli sürdüyü 5 əsas şərtə qarşı ABŞ da öz sərt tələblərini irəli sürüb. Bu şərtlərdən biri də 400 kiloqram zənginləşdirilmiş uranın təcili olaraq İrandan ABŞ-a aparılmasıdır. Daha əvvəl mayın sonunda Pakistanın ABŞ və İran arasında keçiriləcək yeni danışıqlar raunduna ev sahibliyi edəcəyi ilə bağlı xəbər yayılıb.